23 
Apr
2020
06:18
13
203
1880
Virtual karabakh

Alimlər: Ağır çəkili insanlar koronavirusu daha ağır keçirir

23 Apr, 2020
06:18
1880

Alimlər: Ağır çəkili insanlar koronavirusu daha ağır keçirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağır çəkili insanlar koronavirusa daha tez yoluxur və xəstəliyi daha ağır keçirir.

“Science” xəbər verir ki, bu qənaətə BƏƏ və Kanadanı təmsil edən həkimlər gəlib.

Onların fikrincə, kökəlmə ACE2 geninin fəallığını yüksəldir və nəticədə onun yaratdığı reseptorların köməyi ilə virus insanın ağ ciyərlərinə keçir.

Araşdırma zamanı mütəxəssislər iki qrupa bölünmüş siçanları müşahidə ediblər. Bir qrupda normal çəkili, digər qrupda isə ağır çəkili heyvanlar olub.

Müşahidələr onu göstərib ki, ikinci qrupun siçanlarının ağ ciyərlərində daha çox ACE2 reseptoru var.

Həkimlər belə qənaətə gəliblər ki, bu risk həmçinin şəkər xəstəliyindən və yüksək xolesterin səviyyəsindən əziyyət çəkən insanlara da şamil edilə bilər.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri